İsmayıllıda üsyan yenidən başladı

Bu dəqiqələrdə İcra Hakimiyyətinin binasını daşa basırlar




Bu dəqiqələrdə İsmayıllı rayonunda daha bir aksiya keçirilir. Bakuinfo.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1500-ə yaxın rayon sakini İcra hakimiyyətinin binası qarşısına toplaşıblar. Lakin polis onları zor tətbiq edərək ərazidən uzaqlaşdırıb:

"Hazırda burda 1500-dən artıq rayon sakini var. Hazırda insanlar su maşınları ilə suya basılır. Əhalinin əsas tələbi icra başçısı Nizami Ələkbərovun onlardan üzr istəməsidir".

İndicə aldığımız məlumata görə, İcra Hakimiyyətinin binasını daşa basırlar. İrəliləyən dəqiqələrdə ən son məlumatları diqqətinizə çatdıracağıq.

AzNews.az