Prezident Administrasiyasına çağrılan general ordan çıxanda özündə olmayıb Prezident Administrasiyasına çağrılan general ordan çıxanda özündə olmayıb

General Rasim Musayevin halı niyə pisləşdi?

Prezident Administrasiyasına çağrılan general ordan çıxanda özündə olmayıb





Dünən Gəncə Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general-mayor Rasim Musayev Prezident Administrasiyasında olub. Bu barədə Modern.az saytına Adminstrasiyadan məlumat verilib. Məlumata görə, təxminən 2 saat müddətində Administrasiyada olan generalın oradan çıxandan sonra halı pisləşib.

Rasim Musayev yanvarın 21-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilib və nazirliyin Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, R.Musayev öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazıb.

Amma qeyri-rəsmi mənbələr R.Musayevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə münasibətlərinin kəskinləşməsi səbəbindən işdən uzaqlaşmağa məcbur olduğunu bildirirlər.

Daxili İşlər Nazirliyi bu məlumatları həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar adlandırıb.

AzNews.az