Nyu-York şəhərinin qubernatoru qatarın relsdən çıxma səbəbini açıqlayıb. Nyu-York şəhərinin qubernatoru qatarın relsdən çıxma səbəbini açıqlayıb.

Qatar aşdı - 103 nəfər xəsarət aldı + Yenilənib(Video)

Nyu-York şəhərinin qubernatoru qatarın relsdən çıxma səbəbini açıqlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun qubernatoru Endryu Kuomo öz Tvitter hesabında Bruklində sərnişin qatarının qəzaya uğraması barədə tvit atıb.

O, bildirib ki, qatar buferdə dayanmalı idi. Lakin, bu baş verməyib. Heç kim həlak olmayıb. Sərnişinlər arasında ən ciddi travma alan şəxsin sadəcə ayağı sınıb.

Hazırda, hadisə yerində təcili xidmət çalışır, yaralılara yardım göstərir.

***

Nyu-York-un Bruklin rayonunda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 103-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verir.

***

19:08

ABŞ-da sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində xəsarət alanların sayı 76 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Nyu-Yorkun Yanğın Xidməti məlumat yayıb.

Qeyd edək ki, hadisə hadisə Bruklində, Nyu-Yorkun rayonlarından birində baş verib.

***

ABŞ-da sərnişin qatarı relsdən çıxaraq aşıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Bruklində, Nyu-Yorkun rayonlarından birində baş verib. Qəza zamanı 37 nəfər xəsarət alıb.

Telekanalın məlumatına bildirilir ki, qəza səbəbindən qatar əyilib. Həmçinin vaqonların şüşələri və qapıları sınıb.

"Long Island Rail Road" qəzanın baş verdiyi dəmir yolu xəttində qəza səbəbindən qatarların yubana biləcəyi barədə xəbərdarlıq edib. Hadisənin başvermə səbəbləri araşdırılır.