Türk xalqını təhqir etdiyi üçün Şimali Kiprdən qovulan modelyer Barbaros Şansal Bakıya gəlmək istəyib. Türk xalqını təhqir etdiyi üçün Şimali Kiprdən qovulan modelyer Barbaros Şansal Bakıya gəlmək istəyib.

Türk xalqını təhqir edən modelyer Bakıya gəlməyi planlaşdırırmış

Türk xalqını təhqir etdiyi üçün Şimali Kiprdən qovulan modelyer Barbaros Şansal Bakıya gəlmək istəyib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, İstanbulda saxlanılan modelyer buradan Bakıya keçməyi planlaşdırıb. Onun müvafiq avia bileti də olub.

Modelyer yeni il axşamı sosial şəbəkədə paylaşdığı videosuna görə saxlanılıb. “Bu qədər jurnalist saxlanılıb, bu qədər uşaq zorakılığa məruz qalır, hər yerdə rüşvətxorluq, siz isə buna baxmayaraq Yeni il keçirirsiniz? Mən bayram qeyd etmirəm. Mən indi barımda olan bütün spirtli içkiləri içəcəm. Bütün dollarlarımı İsveçrəyə köçürdəcəm, sizə bir sent də verməyəcəm. Siz isə bu dəhşət, əzablar içərisində bayram qeyd etməyə davam edin. Öz nəcisində boğul, Türkiyə”,-deyə o videoçarxda qeyd edib.

Video kütləvi narazılıq doğurub. Ertəsi gün polis idarəsinə 8 vətəndaş müraciət edərək təhqir olunduğunu bildirib. Modelyer İstanbulda saxlanılıb. Hələ təyyarədə olarkən Şansal qəzəbli vətəndaşların hücumuna məruz qalıb.

Şansalın İstanbuldan Bakıya uçmaq istədiyi məlum olub. Onun qaçmaq istəyindən xəbər tutan hüquq-mühafizə orqanlarının əməkdaşları operativ davranıblar.

Modelyer bundan əvvəl Şimali Kiprdə narkotik saxladığı üçün saxlanılıb. 6 gün həbsxanada qalan modelyer həmin vaxt deportasiya olunmayıb. Lakin bu dəfə 60 yaşlı Şansal xalqı təhqir etməkdə ittiham olunur. Modelyer isə öz növbəsində bu ittihamlarla razılaşmır və videosu “ayrı-seçkiliyə qarşı satira” adlandırır.

Barbaros Şansal Ankarada anadan olub. O, model biznesi ilə bağlı Londonda təhsil alıb. Modelyer Türkiyə televiziyasında 2 verlişin yaradıcısı, dəb haqda kitabın müəllifi və tərcüməçisidir. Şansal Türkiyə universitetlərində dəb tarixindən dərs deyib.