Şabranda 3 ev və bir mağazadan oğurluq edən şəxs tutulub. Şabranda 3 ev və bir mağazadan oğurluq edən şəxs tutulub.

Bülbül kimi ötən oğru: “Hər şeyə görə peşmanam” - Video + Foto

Şabranda 3 ev və bir mağazadan oğurluq edən şəxs tutulub.

ARB Şimal xəbər verir ki, Şabran sakinləri Hikmət Salmanov və Müxlisə Əzimovaya məxsus evdən eləcədə Elvin Kamilova məxsus ərzaq mağazasından oğurluq olub.

Zərərçəkən şəxslər hadisədən xəbər tutan kimi Şabran Rayon Polis Şöbəsinə müraciət ediblər.

Zamin Məlikov evdən oğurladığı maaş kartından pul çıxarmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. 18 yaşlı gənc tutduğu əməldən peşman olduğunu bildirib: "Məhləmizdə 1 evə girmişəm. Ordan 2 telefon, 2 qıfıl, 1 üzük götürmüşəm. Telefonlar xarab olduğu üçün atmışam. Qıfılı da evdə qoymuşam, yadıman çıxıb qalıb. Bunların hamısını etdiyimə görə peşmanam".

Zamin Məlikov Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə habelə binaya , anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə ) maddəsi ilə tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

AzNews.az

image description