Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil aşdı - Ölən və yaralananlar var

Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Pajero” markalı avtomobil rayonun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, nəticədə bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

AzNews.az