Masallıda tövlə, Qobustanda isə 3 otaqlı ev yanıb. Masallıda tövlə, Qobustanda isə 3 otaqlı ev yanıb.

Masallıda və Qobustanda yanğın baş verdi

Masallıda tövlə, Qobustanda isə 3 otaqlı ev yanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Masallı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 132 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə və damına yığılmış 12 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18.51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qobustan rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 1 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20.09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.