- Köhnə - Hadisə
- 17 Yanvar 2017 19:13
- 5 077
Xırdalanda maşın piyadanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Abşeron Rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az