Gəncədə Çay evində yanğın olub. Gəncədə Çay evində yanğın olub.

Çay evi yandı - Fotolar

Gəncədə Çay evində yanğın olub.

ARB Kəpəz xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti 438 a ünvanında yerləşən iki mərtəbəli binanın zirzəmisində yerləşən Çayevində baş verib.

Gəncə şəhər sakini 42 yaşlı Heydər Əliyevə məxsus ümumisahəsi 130 kvm olan Çayevində yanğın olub. Dərhal hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin 4 maşını, 28 canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı yanğın söndürənlər tərəfindən alınıb.

Yanğın zamanı Çayevində olan 1 ədəd divan və kreslo yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

AzNews.az