Maşın suya düşdü, sürücü öldü

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.





APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 18:30 radələrində rayonun Qaradeyin kəndində qeydə alınıb.



Bakının Suraxanı rayon sakini, 1986-cı il təvəllüdlü Nəbiyev Kərim Aydın oğlu 10-RS-916 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını ilə Qaradeyin kəndində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq suvarma kanalına düşüb.



Hadisə nəticəsində sürücü Kərim Nəbiyev suda boğularaq dünyasını dəyişib, sərnişin- Qaradeyin kənd sakini, 1982-ci il təvəllüdlü Mütəllimov Əhməd Xəlil oğlunu isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.


Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.