Yevlax rayonunda canavarlar şəxsi fermaya girərək 120 baş qoyunu parçalayıblar. Yevlax rayonunda canavarlar şəxsi fermaya girərək 120 baş qoyunu parçalayıblar.

Yevlaxda canavarlar 120 baş qoyunu parçaladılar - Fotolar

Yevlax rayonunda canavarlar şəxsi fermaya girərək 120 baş qoyunu parçalayıblar.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Daşkəsən rayon sakini Əbülfəz Orucovun təsərrüfatında baş verib.

Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 150 baş qoyundan 120-ni parçalayıblar. Ə.Orucov səhər saatlarında heyvanları örüşə çıxaran zaman 110 baş qoyunun tələf, 10-nun isə yaralı olduğunu görüb. Təsərüffat sahibi yırtıcıların hücumu zamanı ərazidə olan itlərin də onlara müqavimət göstərə bilmədiklərini bildirib.

Canvarların məhv etdiyi xırdabuynuzlu heyvanların cəsədləri Yevlax rayon Baytarlıq İdarəsinin əməkdaşları tərərfindən dərin çala qazılaraq basdırlıb. Ərazidə dezinfeksiya işləri aparılıb.

image description image description image description image description image description