Qazax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qazax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

Qazax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “Mercedes” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan iki nəfər - rayonun Xanlıqlar kənd sakinləri, 1989-cu il təvəllüdlü Tural Hüseynov və 1988-ci il təvəllüdlü Amil Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Onlar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az