Bakının Yasamal rayonu ərazisində üzərində odlu silah yaraları olan kişi meyiti aşkar olunub. Bakının Yasamal rayonu ərazisində üzərində odlu silah yaraları olan kişi meyiti aşkar olunub.

38 yaşlı kişi güllələndi - Bakıda

Bakının Yasamal rayonu ərazisində üzərində odlu silah yaraları olan kişi meyiti aşkar olunub.

"Report" xəbər verir ki, "Kaktus" restoranı yaxınlığında tapılan meyitin Ocaqov Ceyhun İslam oğluna məxsus olduğu müəyyən edilib.

Müayinə zamanı meyitin baş nahiyəsində bir, bədən hissəsində isə iki güllə yarası aşkar edilib.

Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

AzNews.az