Qazaxda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Qazaxda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Avtomobillər toqquşdu - 1 ölü, 2 yaralı

Qazaxda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

ARB TV xəbər verir ki, Qazax rayonunun Xanlıqlar kəndində “Mercedes” və “VAZ 2105” markalı avtomobillər toqquşub.

Nəticədə, Cəfərli kənd sakini 29 yaşlı Şahin Heydərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib. Həmkəndliləri 33 yaşlı Aqif Ömərov və 29 yaşlı Əhəd Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az