Müdafiəçisi Səməd Əliyev öldükdən sonra onun haqqında informasiya almaq mümkün deyil Müdafiəçisi Səməd Əliyev öldükdən sonra onun haqqında informasiya almaq mümkün deyil

“Hacı Məmmədov yaxın qohumlarıyla görüşməkdən də imtina edir“

Müdafiəçisi Səməd Əliyev öldükdən sonra onun haqqında informasiya almaq mümkün deyil




"Hacı Məmmədov heç kimlə görüşmək istəmir. Ətraf mühitlə bütün əlaqəni kəsib. Hətta yaxın qohumları ilə belə, görüşməkdən imtina edib. Uzun müddətdir ondan xəbər yoxdur". Moderator.az-a bu haqda İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, H.Məmmədovdan müdafiəçisi Səməd Əliyev öldükdən sonra onun haqqında informasiya almaq mümkün deyil.

Hacı Məmmədovun yeni vəkilinin olub-olmaması haqda isə heç bir məlumat yoxdur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov adam oğurluğunda və çoxsaylı qətllərdə təqsirli bilinərək, 2007-ci ildə ömürlük azadlıqdan məhrum edilib

AzNews.az