3 otaqlı ev yandı - Ev sahibi və həyat yoldaşı öldü

Salyanda yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1943-cü il təvəlüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı 1934-cü il təvəlüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 7:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.