Sabirabadda fərdi yaşayış evi yanıb. Sabirabadda fərdi yaşayış evi yanıb.

3 otaqlı ev yanaraq külə dönüb

Sabirabadda fərdi yaşayış evi yanıb.

ARB TV xəbər verir ki, hadisə rayonun Polad Togay kəndində Xəyal Niftiyevə məxsus ümumi sahəsi 150 kvadratmetr olan 3 otaqlı tikilidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabirabad və Şirvan Yanğından Mühafizə Hissələrinin canlı qüvvəsi və 2 yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı ev əşyalarla birlikdə tamamilə yanıb.

İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanmadır. Yanğın baş verən ərazi rayon mərkəzindən 60-65 kilometrlik məsafədə yerləşir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az