İtkin düşən 11 yaşlı uşağın anası danışdı- “Onu danlamışıq”

Nərimanov rayonu, 200 saylı orta məktəbin 5-ci sinif şagirdi Ağamir Nəcəfli itkin düşüb.

Hadisə aprelin 3-də baş verib. Ağamir Nəcəflinin anası Elnarə Məmmədova AzNews.az-a açıqlamasında oğlunun acıq edib evdən getdiyini deyib:

“Ağamir məktəbdən evə gəlib. O, hərdən icazəsiz evdən çıxıb həyətə düşərdi. Buna görə də atası ilə birlikdə onu danlamışıq. Bundan az sonra Ağamir evdən çıxıb və bu saata kimi qayıtmayıb. Ailəmizlə bağlı kiminsə hər hansı problemi olmayıb. Sadəcə, Ağamirin beyninə nə yerləşibsə, evdən gedib.”

Elnarə Məmmədova qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ağamir Nəcəflinin təhsil aldığı 200 saylı orta məktəbə məlumat verilib.

Bahar RÜSTƏMLİ

AzNews.az