Merkelin mümkün namizədliyi Mersin çevrəsində təşviş yaradıb

Almaniya kansleri Fridrix Mersin yaxın ətrafı sabiq kansler Angela Merkelin Almaniya prezidenti vəzifəsinə mümkün namizədliyi ilə bağlı yayılan xəbərlərdən narahatdır.

Bu barədə Bild qəzeti yazıb.

Nəşrin məlumatına görə, müzakirələr Merkelin vaxtilə rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU/CSU) daxilində aparılır. Mersin çevrəsində artıq həyəcan siqnalı verildiyi və Merkelin namizədliyinin “Yaşıllar” Partiyası tərəfindən irəli sürülə biləcəyi ehtimalının istisna olunmadığı bildirilir. Qeyd olunur ki, sabiq kansler həmin partiya daxilində ciddi dəstəyə malikdir.

Belə bir ssenari Mersin mövqeyini çətinləşdirə bilər. Çünki o, prezident postuna öz namizədini irəli sürmək niyyətindədir.

Məlumata görə, Mers və Merkel arasında münasibətlər gərgin olaraq qalır. 2002-ci ildə Merkel Mersi Bundestaqda CDU/CSU fraksiyasının rəhbəri postundan uzaqlaşdırmış, bundan sonra o, bir müddət siyasətdən kənarlaşmışdı.

Mövsüm,

AzNews.az