- Dünyanın halı
- 14:55
- 1 702
BMT: Suriya prezidenti və nazirlərinə qarşı 5 sui-qəsd cəhdinin qarşısı alınıb
Suriyada Bəşər Əsədin devrilməsindən sonra Əhməd Şara prezident təyin edildi.
Suriya tarixi inqilabından sonra dəyişikliklərə məruz qaldığı bir vaxtda, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında yeni Suriya hökuməti ilə bağlı diqqətəlayiq ifadələr yer alır.
BMT-nin Terrorla Mübarizə İdarəsi tərəfindən hazırlanan hesabatda bildirilir ki, Suriya prezidenti Şara, daxili işlər naziri və xarici işlər naziri ötən il beş sui-qəsd cəhdinin hədəfinə çevrilib, lakin bunların hamısının qarşısı alınıb.
Suriya prezidenti Şaranın Hələbin şimalında və Dəraanın cənubunda "hədəfə alındığı" bildirilən hesabatda bu hücumların İŞİD terror qruplaşmasının ön cəbhə təşkilatı hesab edilən Ənsar əl-Sünnə tərəfindən həyata keçirildiyi bildirilir .
Hesabatda sui-qəsd cəhdləri ilə bağlı tarixlər və ya təfərrüatlar verilməsə də, Şaranın İŞİD-in "əsas hədəfi" hesab edildiyi və bu cəhdlərin onların Suriya hökumətini zəiflətmək niyyətinin sübutu olduğu vurğulanıb.
Mövsüm,
AzNews.az