Xaçmaz rayonunda meşə massivində yanğın başlayıb. Xaçmaz rayonunda meşə massivində yanğın başlayıb.

Xaçmazda meşə yanır

Xaçmaz rayonunda meşə massivində yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mərəcan kəndi ərazisində təxminən 500 kvadratlıq meşə massivində qeydə alınıb. Yanğının söndürülməsi üçün Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

AzNews.az