Bakıda sərnişin avtobusda əyləşmək istədiyi yer üstündə mübahisə edərkən bıçaqlanıb. Bakıda sərnişin avtobusda əyləşmək istədiyi yer üstündə mübahisə edərkən bıçaqlanıb.

Sərnişin avtobusda bıçaqlandı - Əyləşmək üstündə

Bakıda sərnişin avtobusda əyləşmək istədiyi yer üstündə mübahisə edərkən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1990-ci il təvəllüdlü Məmmədov Elvin Məhəmməd oğlu 199 saylı marşrut avtobusunda əyləşmək üstündə tanımadığı sərnişinlə mübahisə edib. E.Məmmədov mübahisə zamanı sağrı nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az