- Köhnə - Hadisə
- 17 May 2017 12:52
- 9 452
5 gündür itkin düşən məktəbli Nardarandan tapıldı
Bakıda itkin düşən 6-cı sinif şagirdi tapılıb.
Bu barədə AzNews.az-a açıqlamasında Respublika Olimpiya İdman Liseyininin 6-ci sinif şagirdi Amil Dadaşovun bibisi Lalə Əhmədova məlumat verib. Onun sözlərinə görə, hazırda Amil Dadaşov Nardarandadır:
“Bizə hüquq-mühafizə orqanları məlumat verib ki, Amil tapılıb. O, Nardaranda, nənəsigildədir və biz hazırda ora gedirik.”
Respublika Olimpiya İdman Liseyinin 6-cı sinif şagirdi Amil Dadaşov mayın 12-dən itkin düşüb. O, dərsə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
AzNews.az
Bahar RÜSTƏMLİ