- Köhnə - Hadisə
- 11 Fevral 2013 11:19
- 1 615
Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı məlumat yayıb
Müdafiə Nazirliyi Azərbaycanda helikopter qəzasının baş verməsi haqqında məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb.
Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək.
AzNews.az