Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb. Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb.

38 yaşlı kişi bıçaqlandı - Cəlilabadda

Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Şirin Düniyev bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyata götürülüb. Araşdırmalar zamanı məlum olub ki, hadisəni münaqişə zəminində Şirin Düniyevin həmkəndlisi Əfqan Piriyev törədib.

Artıq hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az