Bakıda metronun qarşısında 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakıda metronun qarşısında 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtombil üç nəfəri vurdu: ölən var

Bakıda metronun qarşısında 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.



Bakının Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən xəbərə görə, dünən axşam 19:30 radələrində Nizami rayonu metronun "Koroğlu" stansiyasının qarşısında şəhərin mərkəzi istiqamətində hərəkətdə olan 1992-ci il təvəllüdlü Abbasov Elçin Əfqan oğlu idarə etdiyi "Mersedes-180" markalı avtomaşınla yolu soldan sağa keçən piyadalar - 1986-cı il təvəllüdlü Cavadova Gülxar Ələmdar qızı, bacısı 1993-cü təvəllüdlü Cavadova Ramilə Ələmdar qızı və onun övladı 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını vurub.

Nəticədə Gülxar Cavadova hadisə yerində ölüb, Cavadova Ramilə və Məmmədova Gülçin isə ağır bədən xəsarətləri ilə Sabunçu rayon 3 saylı xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; yyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlansa da, sonra 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsiq olunub.

AzNews.az