Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində yol qəzası baş verib. Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində yol qəzası baş verib.

Bakı-Sumqayıt yolunda dəhşəli qəza - Yaralanan var

Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində yol qəzası baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanan “KAMAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xİdmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılan vəziyyətdə qalan sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:14-də başa çatıb.