Tərtərdə şəhid ailəsinin evi yanaraq kül olub. Tərtərdə şəhid ailəsinin evi yanaraq kül olub.

Tərtərdə şəhid ailəsinin evi yandı

Tərtərdə şəhid ailəsinin evi yanaraq kül olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib. 33 yaşlı Məmmədov Elmin Asif oğluna məxsus ev elektrik naqilindəki qısaqapanma nəticəsində yanaraq külə dönüb. Alov o qədər güclü olub ki, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə dərhal FHN-in Yanğından Mühafizə Qrupunun canlı qüvvəsi və 4 yanğınsöndürən maşını cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ümumilikdə ev sahibinə 30 min manat ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.