- Köhnə - Hadisə
- 6 İyul 2017 22:09
- 4 740
Xəzərdə boğulmaq üzrə olan bir nəfər xilas edildi
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.