Müğənni Manaf Ağayev yaxın qohumunun keçirdiyi qəzaya aydınlıq gətirib. Müğənni Manaf Ağayev yaxın qohumunun keçirdiyi qəzaya aydınlıq gətirib.

Manaf Ağayev qohumunun keçirdiyi qəzadan danışdı - “Çox üzüldüm”

Müğənni Manaf Ağayev yaxın qohumunun keçirdiyi qəzaya aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında məlumatın yalnış olduğunu və Mahir Ağayev adında qohumunun olmadığını qeyd edib.

“Mənim Mahir adında qohumum yoxdur. Mətbuata yalnış məlumat veriblər. Amma bir vətəndaş olaraq, baş verən avtomobil qəzasına çox üzüldüm. Hər bir qəzanın arxasında insan taleyi dayanır”.

Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı 63 BA 432 dövlət nömrə nişanlı avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi "Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına və oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlər Vüsal Əliyevin vəziyyətini çox ağır kimi qiymətləndirir.

"Niva” markalı avtomobilin sürücüsü Mahir Ağayevin tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Bahar RÜSTƏMLİ

AzNews.az-