Ağdaş Mərkəzi Rayon Xəstəxanası 8 yaşlı uşağın ölümünə aydınlıq gətirib. Ağdaş Mərkəzi Rayon Xəstəxanası 8 yaşlı uşağın ölümünə aydınlıq gətirib.

“Narkoz verəndə ürəyi dayandı” - Qolu sınan uşağı əməliyyat edən həkim

Ağdaş Mərkəzi Rayon Xəstəxanası 8 yaşlı uşağın ölümünə aydınlıq gətirib.

Xəstəxananın həkimi Nizaməddin Məsimov AzNews.az- a açıqlamasında bildirib ki, azyaşlı Mehralıyev Seymur əməliyyat otağında dünyasını dəyişib.

“Seymurun bir müddət öncə qolu sınıbmış. Aparıblar sınıqçıya. Onun sayəsində uşağın qolu əyri bitib. Valideynləri həkimə müraciət elədi. Həkimlər uşağın qolunun əməliyyat olunmasını məsləhət bildi. Narkoz verilib əməliyyat otağına gətirdilər. Qəfildən ürək dayanması baş verdi. Nə qədər yardım göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmadı”.

Nizaməddin Məsimov hadisə ilə bağlı rayon prokurorluğuna məlumat verildiyini də vurğulayıb.

“Meyit yarılıb, ekspertizanın rəyi açıqlanacaq”.

Ağdaşda ölüm hadisəsi baş verib.

Apa-nın məlumatına görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

Bahar RÜSTƏMLİ

AzNews.az