Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

5-ci mərtəbədən yıxıldı, sağ qaldı

Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, N. Abbaszadə xalası qızının nişan mərasiminə hazırlıq məqsədi ilə evində təmizlik işləri aparırmış.

Faktla bağlı araşdırma aparılır.