Şəmkirdə 25 yaşlı ana iki uşağı ilə birlikdə özünü qatarın altına atıb. Şəmkirdə 25 yaşlı ana iki uşağı ilə birlikdə özünü qatarın altına atıb.

25 yaşlı ana özünü qatarın altına atdı - İki uşağı ilə birlikdə + Təfərrüat

Şəmkirdə 25 yaşlı ana iki uşağı ilə birlikdə özünü qatarın altına atıb.

Hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib. Zəyəm sakini 1992-ci il təvəllüdlü Pərvanə Mahmudova iki uşağı ilə birlikdə özünü Qazaxdan Bakıya doğru hərəkət edən qatarın altına atıb. Bərk sürətlə hərəkət edən qatar ananın başını bədənindəb ayırıb, iki övladını isə əzib. Hər üçü elə oradaca can verib.

Zəyəm kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Pərvanə Mahmudova intihar məqsədi ilə özünü və uşaqlarını qatarın altına atıb:

“Pərvanə ailəsi ilə birlikdə həyat yoldaşının bibisinin evində yaşayırdı. Aralaranda tez-tez söz-söhbət olurdu. Dünən isə aralarında yenidən dava düşüb. Həmin münaqişədən sonra Pərvanə uşaqlarını da götürərək evdən çıxıb. Çıxarkən də atasıgilə gedəcəyini deyib. Amma, Pərvanə atasıgilə deyil, qatar yoluna doğru gedib. Yəqin ki, o yola doğru gedərkən özünü öldürməyini gözə alıb”.

Sakinlərin sözlərinə görə, Pərvanə Mahmudovanın uşaqlarından birinin 3, digərinin isə 1 yaşı olub.

Bahar RÜSTƏMLİ

AzNews.az