Avropa hərbi bazalarını ABŞ- nin xtiyarına verir

NATO-nun Avropalı müttəfiqləri İran ətrafında vəziyyətin kəskinləşməsi ilə əlaqədar logistik və hərbi dəstəyi sürətlə artırmağa başlayıblar. Bu barədə Şimali Atlantika Alyansının Baş katibi Mark Rutte bəyanat yayıb.

Məlumata görə, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın xəbərdarlıqlarını ciddi qəbul edərək hərbi bazaların istifadəsinə dair əvvəlki razılaşmaların icrasını təmin edirlər. Mark Rutte bildirib ki, bir sıra dövlətlər artıq mümkün hərbi ssenarilərə hazırlıq məqsədilə konkret addımlar atmağa başlayıblar.

Hazırda regionda hərbi texnikanın yerləşdirilməsi və lazımi infrastrukturun qurulması prosesi sürətləndirilib. Alyans rəsmiləri bu addımları təhlükəsizlik mühitinin dəyişməsi və müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi kimi qiymətləndirirlər.