- Maraq dairəsi
- 16:39
- 2 237
Argan yağının FAYDALARI
Arqan yağı, Mərakeşdə əsrlərdir istifadə olunan yağ növlərindən biridir. Sağlamlığa faydalarına görə seçilən arqan yağı, arqan ağacının meyvəsinin tumlarından əldə edilir. Mərakeşə məxsus olmasına baxmayaraq, arqan yağı artıq dünya üzrə müxtəlif kulinariya, kosmetik və tibbi tətbiqlərdə geniş istifadə olunur.
Aznews.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə arqan yağının saç sağlamlığı üçün xüsusi əhəmiyyəti var.
Mərakeş ölkəsinə məxsus arqan ağacının tumlarından bitki yağı istehsal olunur. Bu istehsal olunan bitki yağı bu gün arqan yağı kimi satılır. Ölkəmizdə arqan yağı daha çox saç və ya üzə sürtülərək istifadə olunur. Mərakeşdə isə arqan yağı qida sousu kimi istifadə edilir. Yəni səhər yeməyində çörəyin üzərinə çəkilir və ya kuskus kimi makaron tipli yeməklərin üzərinə sous kimi əlavə edilərək bol şəkildə istehlak olunur. Arqan yağı yağ turşularından ibarət olduğu üçün əsasən kosmetika sahəsində istifadə edilir.
Arqan yağı həm dəri, həm də saç baxımında istifadə olunur. Həm saçda, həm də dəridə tətbiq edildikdə müsbət təsirlər göstərir. Eyni zamanda dırnaqları da qidalandırır.
Bədən üçün istifadə edildikdə onun qidalandırıcı xüsusiyyəti ön plana çıxır. Saç qırılması, zədələnmə və tökülmə kimi problemləri azaltmaqla yanaşı, gündəlik saç baxımında da geniş istifadə olunur. Nəticədə saçlar daim parlaq, baxımlı, nəmlənmiş, canlı və sağlam görünür.
Arqan yağı dəri üçün istifadə edildikdə ilk növbədə unikal nəmləndirici təsir yaradır. Bu nəmləndirmə təbii bitki yağı olduğu üçün dəridəki quruluğu böyük ölçüdə aradan qaldırır. Bəzi dəri xəstəliklərinə də nəmləndirici təsirinə görə faydalı olan arqan yağı dərini qidalandırır və yumşaldır. Dəri hüceyrələrini yeniləyir, qırışları və sızanaqları azaldır. Bu səbəbdən arqan yağına xalq arasında “maye qızıl” adı da verilir.
ARQAN YAĞI NECƏ İSTİFADƏ OLUNUR?
Arqan yağının həm dəridə, həm də saçda istifadəsi olduqca asandır.
Duşdan sonra saçınız nəmli ikən ovucunuza bir qədər arqan yağı götürüb saçınızın hər tərəfinə yayaraq istifadə edə bilərsiniz. Bu tətbiqə saç dərisi və saç ucları da daxildir.
Arqan yağını dərinizə tətbiq etmək istədikdə isə təmiz dəriyə yüngül şəkildə sürtmək kifayətdir.
Nuray,
Aznews.az