 
            
            
            
            
            Bir nəfər Dənizkənarı Milli Parkın ərazisində dənizə düşərək boğulub. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən veriri ki,  FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1967-si il təvəllüdlü Xəlilov Etibar Məsim oğlu Xəzər dənizin nəzarət olunmayan hissəsində batıb.  Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Axtarış xilasetmə tədbirləri nəticəsində E.Xəlilovun meyiti tapılaraq sudan çıxarılıb.