Qobustan və Qusar rayonlarında yanğın olub. Qobustan və Qusar rayonlarında yanğın olub.

Taxıl sahələri yandı

Qobustan və Qusar rayonlarında yanğın olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Qobustan rayonu, Ərəbqədim və Nardaran kəndlərinin ərazisində 250 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bundan Əlavə Qusar rayonu, Qalacıq kəndində də 18 ha biçilən taxıl sahəsi və kol-kos yanıb. Yaxınlıqdakı yanacaq doldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.