Hacıqabulda 38 yaşlı kişini gürzə ilanı sancıb. Hacıqabulda 38 yaşlı kişini gürzə ilanı sancıb.

Hacıqabul sakinini ilan sancıb

Hacıqabulda 38 yaşlı kişini gürzə ilanı sancıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Hüseynov Şahin Ağamalı oğlunu çöllük sahədə gürzə ilanı sancıb. Ş.Hüseynov Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, müalicəsi davam etdirilir.