Dənizdə batmaq üzrə olan bir nəfər xilas edildi

Bakı şəhərinin Sabunçu rayonu ərazisində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.