Sumqayıtda bina yandı - 15 sakin təxliyə edildi

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.