- Köhnə - Hadisə
- 22 Fevral 2013 09:06
- 5 039
Yol terroru davam edir: 1 ölü
Fevralın 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi-Mehdiabad yolunda 1987-ci il təvəllüdlü Süleymanov Cavid Cavad oğlu idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadanı vurub. Nəticədə piyada 1960-cı il təvəllüdlü Rüstəmov Zabit Şəfi oğlu ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, keçinib.
Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.
AzNews.az