Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əmircandan Göyçaya toya getdi - Maşın vurdu

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq evinin qarşısında kənd sakini Rəhimov Səbuhi Asif oğlu idarə etdiyi “VAZ 2104” markalı minik avtomobili ilə şadlıq evindəki toy mərasimindən çıxaraq yolu keçən Bakı şəhəri Əmircan qəsəbə sakini, 1975-ci il təvəllüdlü Azakov Natiq Zahir oğlunu vurub.

N. Azakov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az