- Köhnə - Hadisə
- 11 Dekabr 2017 09:23
- 1 975
Şirvanda ev yandı - Ölən var
Şirvan şəhərində yanğın qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Şirvan şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.