Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib. Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib.

Bakıdakı klinikada əməliyyat zamanı ölüm

Bakıdakı özəl klinikalardan birində ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən “Medera” klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

AzNews.az