Azərbaycanda tanınmış idmançı bıçaqlanıb. Azərbaycanda tanınmış idmançı bıçaqlanıb.

“Mən onu çoxdan qovmuşam” - Federasiya rəhbəri bıçaqlanan idmançıdan danışdı + Yenilənib

Azərbaycanda tanınmış idmançı bıçaqlanıb.

Femida.az xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.Bıçaqlanan şəxs isə KEMPO idman növü üzrə 8 qat Azərbaycan çempionu və bir sıra beynəlxalq yarışların qalibi Ceyhun Niyazovdur. Məlumata görə,hadisə Ceyhun Niyazova məxsus "CFC" çay evində baş verib. Gecə saatlarında çay evinin qarşısından keçən zaman kənar şəxsin içəridə olduğunu görən idmançı mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb. Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, idmançını bıçaqlayan şəxs Cəlil Əsədovdur. Onun narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.

Xatırladaq ki, Ceyhun Niyazov KEMPO idman klubunun Ağcabədi filialının rəhbəri və baş məşqçisidir.

***

AzNews.az xəbər verir ki, Unikal.org bıçaqlanan idmançı ilə bağlı KEMPO federasiyasının rəhbəri, tanınmış idmançı Rauf İbrahimovla əlaqə saxlayıb. Qurum rəhbəri bıçaqlanan C.Hüseynovun onların federasiyası ilə əlaqəsi olmadığnı deyib:

"Ceyhun Niyazovun bizim federasiya ilə heç bir əlaqəsi yoxdur. O, KEMPO idman növündə heç bir nəticə qazanmayıb. Bir müddət bizim federasiyada məşq edib. Amma o, federasiyaya qarşı məsuliyyətsiz yanaşdığına görə Ağcabədi rayon idman idarəsinə müraciət etmişdim. Buna görəonu federasiyadan xaric etmişik. Bu da uzun müddət öncə baş verib.

O, əvvəllər mənə müraciət etdi ki, KEMPO idman növü üzrə rayonda fillial açmağa ona kömək edim. Bildirdim ki, bunu bir neçə gündə öyrənə bilməzsən, amma əməkdaşlıq etməyində kömək edə bilərəm. Kömək etmişdim. Dediyim kimi, məsuliyyətsizliyinə görə uzun müddət öncə federasiya ilə əməkdaşlıqdan uzaqlaşdırılıb”.

AzNews.az

image description image description