Salyanda ölümlə nəticələnən yol qəzası baş verib. Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Çadırlı kəndində "VAZ" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması baradə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər tərəfindən minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1978-ci il təvəllüdlü Əliyev Rövşən Maarif oğlunun meyiti çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Əməliyyat başa çatıb.