Martın 3-də Şabran rayon Polis şöbəsinə (RPŞ) rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyitinin tapılması barədə məlumat daxil olub. Martın 3-də Şabran rayon Polis şöbəsinə (RPŞ) rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyitinin tapılması barədə məlumat daxil olub.

Oğurluq 18 yaşlı oğlanın həyatına son qoydu

Martın 3-də Şabran rayon Polis şöbəsinə (RPŞ) rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyitinin tapılması barədə məlumat daxil olub.

“Report”un Şimal bürosu xəbər verir ki, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər.

Araşdırmalar nəticəsində meyitin fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən edilib.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Şabran RPŞ-nin və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində E.Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub. Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksəkgərginlikli elektrik naqillərini kəsən zaman, ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

AzNews.az