- Köhnə - Hadisə
- 11 Mart 2018 21:39
- 3 399
Qubada maşın aşdı - 1 ailənin 3 üzvü xəsarət alıb
Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.
AzNews.az APA-a istinadən xəbər verir ki, qəza Quba-Püstəqasım kəndi ərazisində baş verib. Maşının əyləci sistemində yaranan problem nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1973-cü il təvəllüdlü Telman Bürcəliyev, onun həyat yoldaşı Rəsmiyyə və oğlu 1996-cı il təvəllüdlü Elvindir. Telman və Elvin Orucəliyevlərin müalicəsi Quba Məkəzi Rayon Xəstəxanasında davam etdirilir. R.Orucəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.