Azərbaycan Ordusunun əsgəri şəhid olub Azərbaycan Ordusunun əsgəri şəhid olub

Daha bir əsgərimizi itirdik - Yeniləndi

Azərbaycan Ordusunun əsgəri şəhid olub



Şirvan Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu martın 10-da qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olub.

Bu barədə APA-nın Mil-Muğan bürosuna əsgərin qohumları məlumat veriblər.

Şəhid əsgər əslən Şirvan şəhərindən olsa da, bu gün onun valideynlərinin yaşadığı Sumqayıt şəhərində dəfn olunması gözlənilir.

***
Müdafiə Nazirliyinin mətbuat xidməti şəhid olan əsgər barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, martın 10-da qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

Allah rəhmət eləsin!

AzNews.az