Qobustan rayonunda qadın sürücü avtomobilini aşırıb. Qobustan rayonunda qadın sürücü avtomobilini aşırıb.

Qadın sürücü avtomobili aşırdı - Ağır yaralandı

Qobustan rayonunda qadın sürücü avtomobilini aşırıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistralının 86-87-ci kilometriliyində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ülviyyə Rəhim qızı Mirzəliyeva idarə etdiyi 90-AE-951 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarına aşırıb. Hadisə nəticəsində qadın sürücü ağır bədən xəsarətləri alıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az